23 fevral 2013 17:24
Qarabağı müdafiəçilər güldürür
“Qarabağ”ın müdafiəçiləri məhsuldarlığı ilə seçilir. Azerisport.az xəbər verir ki, son 2 oyunda arxa xətt oyunçuları ön xətdəki həmkarlarını üstələyiblər.
Belə ki, “Qarabağ” 2 oyunda (“Sumqayıt” 3:0, “Rəvan” 3:2) 6 qol vurub və bunlardan 4-nə müdafiəçilər imza atıb. “Sumqayıt”la qarşılaşmada Admir Teli və Rəşad Sadıqov fərqlənibsə, “Rəvan”la matçda alban müdafiəçiyə həmyerlisi Ansi Aqolli qoşulub. Bu oyunlarda ön xətt oyunçularından yarımmüdafiəçi Riçard və hücumçu Vaqif Cavadov fərqlənə bilib.
