23 fevral 2013 15:48
Qarabağda cari mövsümün yeni rekordu
“Qarabağ”ın futbolçusu Riçard komandası üçün cari çempionatda rekord müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, “Rəvan”la matçın 6-cı dəqiqəsində rəqib komandanın qapısına yol tapan braziliyalı Ağdam klubunun mövsüm ərzində ən erkən qolunu vurub.
Maraqlıdı ki, buna qədər də vurulmuş ən tez qol braziliyalıya məxsus idi. O, dekabrın 7-də “Kəpəz”lə matçın 7-ci dəqiqəsində hesabı açmağa müvəffəq olmuşdu. Göründüyü kimi braziliyalı öz rekordunu yeniləyib.
Qeyd edək ki, bu 23 yaşlı yarımmüdafiəçinin Premyer Liqada 8-ci qolu olub.
