23 fevral 2013 18:55
Banişevskinin məzarı ziyarət olundu (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər «Neftçi» komandasında çıxış etmiş mərhum Anatoli Banişevskinin anadan olmasının 67-ci ildönümüdür. Azerisport.az xəbər verir ki, bu münasibətlə AFFA-nın əməkdaşları, «Neftçi» klubunun nümayəndələri, klubun yeniyetmələrdən ibarət komandasının oyunçuları, vetaran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, abidəsinin önünə əklil və gül dəstələri qoyub, onunla bağlı xatirələrini yada salıblar.
AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov və futbol veteranı Rüstəm Rəhimov çıxış edərək Anatoli Banişevskinin Azərbaycan futbolunun inkişafı üçün xidmətlərini qeyd edib, onun futbol tariximizdə özünəməxsus yeri olduğunu bildirib, xatirəsini hər zaman əziz tutduqlarını deyiblər.
