23 fevral 2013 19:45
Böyükağa Hacıyev: Neftçi bütün rəqiblərini tək-tək döyəcək
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 21-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz dedik və etdik. “Neftçi” bütün rəqiblərini tək-tək döyəcək. Oyundan çox məşqi xatırladırdı. 90 dəqiqə ərzində “İnter”in 1-2 qol epizodu oldu. Turnir cədvəlində ədalət öz yerini tapdı. Altılıq oyunlarında komandam özünün pik nöqtəsinə çatacaq. “İnter” çempionluğa oynayan komandadı, bir az da olsa təzyiqini hiss etməliydik oyunda. Amma bunu görmədik. Komandamda oyun intizamı yaxşı idi, rəqibə boş zona vermədik”.
