23 fevral 2013 21:30
“Təəssüf ki, futbolçularımız bu tapşırığı yerinə yetirə bilmədilər”
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 21-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 0:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqibin əks-hücumlarda yaxşı oynadığını bilirdik. Futbolçularıma müdafiənin cinahlarını bağlamağı tapşırmışdım. Təəssüf ki, bu tapşırığı yerinə yetirə bilmədilər. Hər üç qol əks-hücumdan vuruldu”.
