23 fevral 2013 21:35
Vaqif Sadıqov: Qəbələ ilə oyunda son dəqiqəyədək mübarizə aparacağıq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 21-ci turunun “Kəpəz” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Kəpəz”in güclü müqavimət göstərəcəyini bilirdik, komandanı buna hazırlamışdıq. Oyunu əks-hücumlardan qurub üç qol vurduq. Artıq bu oyunu unudub “Qəbələ” ilə qarşıdakı oyunu düşünəcəyik. Altılıq şansımız davam edir, “Qəbələ” ilə oyunda son dəqiqəyədək mübarizə aparacağıq”.
