23 fevral 2013 11:23
“Çempionluğa layiq oyun göstərmək istəyirik”
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqasının 21-ci turunun “İnter”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi” qış fasiləsindən sonra daha inamlı çıxışı ilə seçilir. Premyer Liqadakı son üç oyununuzu necə qiymətləndirə bilərsiz?
- “Neftçi” bu oyunlarda maksimum – 9 xal toplayıb. Əgər komanda iki il ardıcıl çempion olursa, belə də olmalıdı. Axı “Neftçi” adi klub deyil. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanarkən bizim hədəflərimiz də dəyişdi.

- Sizcə, bu mövsüm çempionluq uğrunda hansı komandalar sizə problem yarada bilər?
- İlk altılığa düşəcək hər bir komandanın qızıl medal qazanmaq şansı olacaq. Bütün rəqiblərimiz maksimuma çalışırlar. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Amma hazırda “İnter”lə “Qarabağ” daha yaxşı oyunu ilə fərqlənir. Onların hər ikisi bizim əsas rəqibimizdi.

- Qarşıda da sizi məhz klublardan biri – “İnter”lə oyun gözləyir...
- Bu görüş çox vacibdi. Bütün azarkeşlərimizi stadiona dəvət edirəm. “Neftçi” lider “İnter”dən cəmi 2 xal geri qalır və qələbə qazanmaqla zirvəyə çıxa bilər. Hər iki komandanın baxımlı futbol oynamasını istəyirəm. Çünki matçda çoxlu azarkeşlər olacaq. Bizim üçün bütün oyunlar vacibdi. “İnter”lə görüşdə də hücum futbolu sərgiləyəcəyik. Çünki çempionluğa layiq oyun göstərmək istəyirik.
- Amma çoxları “İnter”i müdafiə futbolu oynamaqda ittiham edir...
- Hər bir komandanın öz oyun stili var. Məşqçilər korpusumuz rəqibi yaxşı analiz edib. Komandamız istənilən rəqibə qarşı oynaya bilər.
- “İnter”in “Neftçi” üçün düşərli rəqib olmadığı fikri ilə razısız?
- Mən belə deməzdim. Ötən mövsümlə müqayisədə “Neftçi” indi fərqli komandadı. Ötən mövsümkü oyunlarda sadəcə bəxtimiz gətirmədi. Bu mövsümün əvvəlində də biz iki cəbhədə mübarizə aparırdıq. Komandamız Milan “İnter”i ilə səfərdə heç-heçə edə bilirsə, “Bakı” “İnter”i bizə düşərsiz rəqib sayıla bilməz.

- Hazırda çempionatın bombardiri məhz “Neftçi”də çıxış edən Nikolas Kanalesdi. Komandanın oyunu bu futbolçudan asılıdı?
- Xeyr. Komandada hər bir futbolçu öz rolunu yaxşı bilir. Məsələn, “Neftçi” “Simurq”u Bruno Bertuççi olmadan məğlub etdi. İtkilərimiz olsa da, onları layiqincə əvəzləyəcək futbolçularımız da var.
- Xeyr. Komandada hər bir futbolçu öz rolunu yaxşı bilir. Məsələn, “Neftçi” “Simurq”u Bruno Bertuççi olmadan məğlub etdi. İtkilərimiz olsa da, onları layiqincə əvəzləyəcək futbolçularımız da var.
- Bu qış beş futbolçu alacağınızı açıqlasanız da, sonda iki yeni oyunçu ilə kifayətləndiniz...
- Yanvarda xüsusi transferlər həyata keçirmək çox çətindi. Bir çox müqavilələrin müddəti yayda başa çatır. Transfer həmişə lazımdı. Mümkündü ki, yayda yeni transferlərimiz olsun.