23 fevral 2013 12:15
Rəvan Premyer Liqadakı çıxışının dayandırır
“Rəvan” Topaz Premyer Liqası və Azərbaycan Kubokundakı iştirakını dayandırmağa hazırlaşır. Azerisport.az saytına bu barədə paytaxt klubunun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib.
Onun sözlərinə görə, komanda artıq hakim səhvlərindən bezib. “Aslanlar” son turun “Qarabağ”la oyununda da hakim qərəzi ilə üzləşdiklərini düşünürlər. Belə ki, “Rəvan”lılar hakimin İlqar Qurbanovun əllə oynadığı epizodda rəqib qapısına penalti təyin etməli olduğunu iddia edirlər.
Qeyd edək ki, “Rəvan” – “Qarabağ” matçını Elçin Məmmədov idarə edib. O, qarşılaşmanın ikinci hissəsində “Rəvan”ın bir futbolçusunu meydandan qovub. Qarşılaşma isə ağdamlıların son saniyələrdə vurduğu qol sayəsində 2:3 hesabıyla “aslanlar”ın məğlubiyyəti ilə başa çatıb.
