24 fevral 2013 00:43
Simurq Neftçi ilə oyunun hazırlıqlarına başladı (FOTOLAR)
Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Bakı"yla doğma arenada qolsuz heç-heçə edən "Simurq" hazırlıqlara ara vermədən start verib. Azerisport.az xəbər verir ki, fevralın 27-də Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi"ni qonaq edəcək komanda ötən gün bir məşqə çıxıb.
Paytaxt təmsilçisi ilə görüşdə zədə səbəbindən forma geyinə bilməyən kapitan Rasim Ramaldanov artıq komanda ilə birlikdə çalışmalara başlayıb. Stepan Polyak isə zədəsini tam sağalda bilmədiyindən yenə istirahət edib.
Səhər saatlarında baş tutan hazırlığda futbolçular iki qrupa bölünüb. Start heyətdə meydana çıxan oyunçular uzun məsafəli qaçışdan sonra isinmə hərəkətləri ilə məşqi tamamlayıb. Digərləri isə onlardan fərqli olaraq iki qrupa bölünərək "kvadrat" oynayıb. Sonda isə ikitərəfli oyunla məşqi tamamlayaraq istirahətə çəkiliblər.
