24 fevral 2013 01:16
Neftçinin sabiq müdafiəçisi Atleticoda
“Neftçi”nin sabiq futbolçusu Alessandro Viana da Silva özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, paytaxt klubundan ayrılandan sonra özünə yeni iş yeri axtaran braziliyalı müdafiəçi vətəninə qayıdıb.
Belə ki, 30 yaşlı futbolçu “Atletico Paranaense” ilə anlaşıb. Bu, 2008-ci ildə də sözügedən komandada çıxış etmiş Alessandronun “Atletico Paranaense”yə ikinci gəlişi olub.
Qeyd edək ki, Alessandro “Neftçi”yə 2009-ci ildə “Vitoria”dan gəlmişdi.
