23 fevral 2013 13:40
“Artıq Bakının taleyi öz əlində deyil”
“Bakı”nın idman direktoru Novruz Əzimov komandanın ilk altılığa düşmək şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Təəssüf ki, son turda “Simurq”a qalib gələ bilmədik. Halbuki, Zaqataladan 3 xalla qayıdacağımıza çox inanırdım. Penalti epizoduna gəlincə, orda qayda pozuntusu olub-olmadığını demək çətindi. Artıq “Bakı”nın taleyi öz əlində deyil. “Qəbələ”yə azarkeşlik etməyə məcburuq. Əgər “Bakı” ilk altılığa düşməsə, bu, klubumuzun imicinə böyük zərbə olacaq”.