24 fevral 2013 01:51
Rövnəq Abdullayev: Berti Foqtsun işinə heç kim qarışa bilməz
AFFA prezidenti Rövnəq Abdullayev ötən gün baş tutan “Bakcell Arena”nın adını açılış mərasimindən sonra jurnalistlərin bəzi suallarını cavablandırıb. Azerisport.az Abdullayevin həmin açıqlamaları ilə sizi də tanış edir.
- Biz bu stadionun yeni adı ilə bağlı tender elan etmişdik. Şadıq ki, “Bakcell” bu tenderdə qalib oldu və 8-ci kilometr qəsəbəsindəki stadionun adını daşımağa başladı.
- Deyirlər ki, “Bakı”nın prezidenti Hafiz Məmmədov sizin postunuzu tutmağa hazırlaşır. Bu, düzdü?
- Hafiz futbolu bilən və bu idman növünü sevən insandı. “Bakı”da böyük işlər görür. Düşünmürəm ki, Məmmədov bu klubu tərk etmək istəyər.

- Martın 15-də keçiriləcək AFFA-nın növbəti konfransında hansı mühüm məsələlərin müzakirəsini nəzərdə tutmusuz?
- Bir sıra məsələlərə baxılacaq. Çempionatda bəzi dəyişikliklər etmək haqda fikirlər var. Bu da klubların heyətində gənc azərbaycanlı futbolçuların meydana daha çox çıxması ilə bağlı olacaq.

- Siz Azərbaycan çempionatının səviyyəsindən razısız?
- Bəli. Klublarımız heç də pis nəticələr qazanmırlar. Cari mövsümdə çempionluq münarizəsi ilə bağlı heç bir proqnoz verə bilmərəm. Bu haqda danışmaq hələ tezdi. Zaman göstərəcək.

- Bəs Azərbaycan yığmasının durumu haqda nə deyə bilərsiz?
- Yığmamız dünya çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarına hazırlaşır. Berti Foqtsun qarşısına gənc futbolçuları AÇ-2016-nın seçmə mərhələsinə hazırlamaq vəzifəsi qoyulub. Həmin futbolçular komandanı AÇ-2016-ya çıxarmaq uğrunda mübarizəyə hazır olmalıdılar.

- Araz Abdullayevin “Everton”a transferindən sonra onun Böyük Britaniyada işçi vizası açması üçün yığmada mütəmadi oynamasına ehtiyac olsa da, Foqts ona bu şansı tanıda. AFFA prezidenti kimi almaniyalı mütəxəssisə məsləhət verə bilməzdiniz ki, Arazı meydana buraxsın?
- Berti Foqtsun işinə heç kim müdaxilə edə bilməz. Kimi, nə vaxt meydana buraxmağa yalnız baş məşqçi özü qərar verə bilər.