23 fevral 2013 14:18
Neftçinin İnter üzərində qələbə qazanmaq şansı: 63-17-20
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 21-ci turunun “Neftçi” – “İnter” matçı necə başa çatacaq” sualı ilə müraciət ünvanladığımız oxucuların yekun rəyi ilə sizi də tanış edirik.
Beləliklə, sorğuya qatılanların böyük əksəriyyəti “Neftçi”nin qələbə qazanacağı qənaətindədi. Respondentlərin 63 faizi (400 səs) məhz bu variantı seçib.
“İnter”in qalib gələcəyini proqnozlaşdıranlar cəmi 20 faiz (127 səs) təşkil edib. Yerdə qalan 17 faiz (106 səs) isə heç-heçə olacağını düşünür.
