23 fevral 2013 14:41
“XL evdə Turandan iki qol buraxırsa, hansı çempionluqdan danışmaq olar”?
“Xəzər Lənkəran”ın sabiq hücumçusu Zaur Ramazanov bu komandanın cari mövsümdə çempionluq şanslarına toxunub. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Xəzər Lənkəran” həmişə qələbəyə oynayıb. Amma real danışsaq, bu komandanın hazırda çempion olmaq şansı çox azdı. Əgər komanda öz evində “Turan”dan iki qol buraxırsa, hansı çempionluqdan danışmaq olar? Qızıl medallar uğrunda mübarizə “İnter”, “Neftçi” və “Qarabağ” arasında keçəcək. Bu komandalar digərləri ilə müqayisədə daha yaxşı təsir bağışlayırlar. Mənim favoritim isə “Qarabağ”dı. Qurban Qurbanov yenə əla komanda formalaşdıra bilib”.