24 fevral 2013 16:53
Sumqayıt Turana məğlub oldu (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasının 21-ci turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə cəmi 1 görüş baş tutub.
Son gündə autsayderlər qrupunda qərarlaşan iki komanda qarşılaşıb. Belə ki,“Sumqayıt” “Turan”ı sınağa çəkib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Topaz Premyer Liqası
21-ci tur
24 fevral
SUMQAYIT - TURAN - 0:1 (0:1)
Qol: S.Ballo, 45 (0:1)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rza Məmmədov, Feyzulla Feyzullayev.
Bakı. Bayıl Arena.
Oyun başladı
Hər iki komanda ilk dəqiqələrdən ehtiyatlı oyuna üstünlük verir
Pis hava şəraitinə baxmayaraq, stadionda 150-yə yaxın azarkeş var
"Sumqayıt" tədricən üstünlüyü ələ keçirir
Alxasovun ötürməsini Hacıyev boşa qapıya göndərə bilmir
O.Əliyevin zərbəsi qapıdan aralı keçir
"Turan" daha çox müdafiəyə diqqət ayırıb, əks-hücumlara üstünlük verir
Balloya uzun ötürmələr hələ ki, özünü doğrultmur
Ballo ilk dəfə hesabı açmağa çox yaxın olsa da, bəxti gətirmir
Alxasov kobud oyuna görə sarı vərəqə alır
Ballo Ağayevin kobud səhvindən sonra hesabı açır - 0:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Oyun daha çox meydanın mərkəzində, sakit məcrada keçir
Allahquliyevə qarşı kobud oyuna görə hakim qonaqların qapısına penalti təyin edir
R.Qurbanovun penalti zərbəsini Popoviç dəf etməyi bacarır
"Sumqayıt" topa nəzarəti əlində saxlamağa çalışır
Meydan sahibləri qol vəziyyətləri yaratmaqda çətinlik çəkirlər
"Turan"ın təhlükəli əks-hücumu ikinci qolla nəticələnə bilərdi. Amma Ballo qapıçı ilə dueldən məğlub ayrılır
Matç başa çatdı
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 9. Orxan Əliyev, 11. Sabir Allahquliyev, 21. Məhəmməd Mirzəbəyov, 22. Xəyal Mustafayev, 77. Mirzağa Hüseynpur, 91. Ruslan Qurbanov, 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 6. Taner Taktak, 8. Aqşin Muxtaroğlu, 13. Murad Ağayev, 17. Emin Cəfərquliyev, 76. Can Akgün, 92. Bəxtiyar Həsənalızadə.
TURAN: 28. Andrey Popoviç, 26. Aleksandr Krustkeviç, 6. Mikayıl Rəhimov, 2. Dmitri Pospelov, 3. Anatoli Stukalov, 25. Antonio Rukavina, 19. Asəf Qədiri, 9. Murad Ağakişiyev, 10. Ender Günlü (k), 23. İrakli Beraya, 11. Salif Ballo.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 7. Azər Məmmədov, 17. Fərmayıl Əliyev, 21. Elşad Manafov, 4. Vüqar Bəybalayev, 20. David Janelidze, 14. Yaroslav Suxanov.
Turun digər oyunları: Rəvan – Qarabağ – 2:3, Simurq – Bakı – 0:0, Qəbələ - Xəzər Lənkəran – 2:0, Neftçi – İnter – 2:0, AZAL - Kəpəz – 3:0.
| 1 | Neftçi | 21 | 13 | 2 | 6 | 44 | 22 | +22 | 41 |
| 2 | İnter | 21 | 11 | 7 | 3 | 24 | 12 | +12 | 40 |
| 3 | Qarabağ | 21 | 10 | 8 | 3 | 30 | 19 | +11 | 38 |
| 4 | Simurq | 21 | 9 | 8 | 4 | 24 | 14 | +10 | 35 |
| 5 | Qəbələ | 21 | 9 | 5 | 7 | 25 | 21 | +4 | 32 |
| 6 | Bakı | 21 | 5 | 12 | 4 | 22 | 14 | +8 | 27 |
| 7 | XL | 21 | 7 | 6 | 8 | 30 | 25 | +5 | 27 |
| 8 | AZAL | 21 | 6 | 8 | 7 | 26 | 24 | +2 | 26 |
| 9 | Turan | 21 | 6 | 5 | 10 | 22 | 32 | –10 | 23 |
| 10 | Rəvan | 21 | 6 | 4 | 11 | 22 | 34 | –12 | 22 |
| 11 | Sumqayıt | 21 | 5 | 6 | 10 | 18 | 37 | –19 | 21 |
| 12 | Kəpəz | 21 | 2 | 3 | 16 | 11 | 44 | –33 | 9 |
Bombardirlər:
20 - Nikolas Kanales (Neftçi)
11 - Franko Nildo (AZAL)
9 - Salif Ballo (Turan)
8 - Riçard Almeyda (Qarabağ).
7 - Zohair Benouahi (AZAL), Baçana Sxadadze (İnter), Xuan Manuel Varea (Rəvan)
