23 fevral 2013 13:10
Əfsanəvi Banişevski yad edildi (VİDEO)
Bu gün Azərbaycanın və “Neftçi” klubunun əfsanəvi futbolçusu Anatoli Banişevskinin 67- illiyi tamam olur. Azerisport.az xəbər verir ki, bu münasibətlə “Neftçi” və AFFA rəsmiləri, futbol veteranları, həmçinin mərhumun ailə üzvləri II Fəxri Xiyabanda Banişevskinin məzarını ziyarət ediblər. Ziyarət zamanı əfsanəvi futbolçunun "Neftçi"nin heyətində çıxış etdiyi dövr xatırlanıb.
