24 fevral 2013 17:27
“Bizim Ballo kimi hücumçumuz olsaydı...”
Topaz Premyer Liqasının 21-ci turunda doğma meydanda “Turan”ı qəbul edən “Sumqayıt” rəqibinə minimal hesabla məğlub oldu – 0:1. Tovuzluların hücumçusu Salif Ballonun cari mövsümdəki 9-cu qolu “Sumqayıt”ın ilk altılıq şanslarını heçə endirdi.
“Sumqayıt” klubunun baş məşqçisi Bernard Raab məğlubiyyəti belə şərh edib: “Bizim Ballo kimi hücumçumuz olsaydı, ilk hissədə 2-3 top vura bilərdik. İlk hissədə yaxşı oynadıq. Rəqibin hesabı artırmaq üçün bir neçə qol imkanı oldu. Bu gün “Turan” qələbəyə layiq oyun göstərdi. Həmkarımı təbrik edirəm”.
