24 fevral 2013 17:38
Talıbov: Maddi durumumuz yaxşılaşdıqca...
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 21-ci turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Süni meydançada oynamaq futbolçularıma çətinlik yaradır. Bugünkü oyunda hər iki komanda mübarizə apardı, tərəflərdən heç biri aşkar üstünlüyə malik deyildi. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Maddi durumumuz yaxşılaşdıqca müqaviləsi bitəcək futbolçuları indidən komandada saxlamağa çalışacağıq”.
