1 fevral 2013 00:00
Futbolçularımızın komandası qələbəyə sevindi
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası PTT Birinci Liqanın 23-cü turu çərçivəsində “Samsunspor” ilə qarşılaşıb.
Oyun doğma meydanda keçirilib. Dənizli klubu bu görüşdən çətinliklə də olsa, 3 xalla ayrılmağı bacarıb.
Bu görüşdə Arifin də forma geyməsi istisna deyildi. Lakin baş məşqçi Selahattin Dervent qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşən Raillə yanaşı, İsayevə də bu oyunda şans verməyib. Arif sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, Ariflə Railin komandası 23 oyuna 28 xalla 13-cü yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
23-cü tur
24 fevral
Denizlispor – Samsunspor - 2:1
