24 fevral 2013 11:32

Nikolas Kanales: Növbəti oyunlarda da qol vurmağa çalışacağam

“Neftçi”nin hücumçusu Nikolas Kanales Topaz Premyer Liqasının 21-ci turunun “İnter”lə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Komandanız uzun ayrılıqdan sonra nəhayət ki, liderdi...
- Bizim üçün “İnter”lə oyunda qələbə qazanmaq vacib idi. Qalib gəlib, ilk pilləyə yüksəlmək istəyirdik. Bu istəyimizə də nail olduq.
 
- Oyunu necə qiymətləndirə bilərsiz?
- Bu, bizim üçün çempionatın ən ağır və gərgin oyunlarından biri idi. Şadam ki, qələbə qazanmağı bacardıq. Bu mövsüm ilk dəfə idi ki, birinci pilləyə yüksələ bildik. Artıq bundan sonra bu liderliyi qorumağa çalışmalıyıq.
 
- Geridə qalan 21 turda 20 qol vurmusuz...
- Əlbəttə, bundan razı qalmaya bilmərəm. Çalışıram ki, imkan düşən kimi, qol vurum. Xoşbəxtlikdən alınır.
 
- Qarşınıza hər oyunda qol vurmaq hədəfi qoymusuz?
- İnşallah. Qalan oyunlarda da qol vurmağa çalışacağam.
 
- Tezliklə ilk altılıq oyunları başlayacaq. Həlledici oyunlardan nə gözləyirsiz?
- İlk altılıqda bizi Azərbaycanın ən yaxşı komandaları ilə duel gözləyir. Biz hər oyunda qələbə qazanmalıyıq. Əgər biz birinci olmaq istəyiriksə, bütün rəqiblərimizdən yaxşı olmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.