24 fevral 2013 12:12
“Nə qədər çox qol vursam, bir o qədər yaxşıdı”
“Qəbələ”nin hücumçusu Yannik Kamanan Topaz Premyer Liqasının son iki turunda vurduğu qollardan danışıb. Azerisport.az saytına müsahibəsində o, qış fasiləsindən sonrakı uğurlarına dair bunları söyləyib:
“Mövsümün qışa qədərki hissəsində mən cəmi bir qol vurmuşdum. Son iki oyunda isə artıq üç qol vurmuşam. Yəqin ki, qış fasiləsi zamanı həyata keçirdiyimiz təlim-məşq toplanışı uğurlu olub və qol vurmağıma da kömək edir. Məndən asılı olan nə varsa, etməyə çalışacağam ki, “Qəbələ”yə kömək edim. Nə qədər çox qol vursam, bir o qədər yaxşıdı”.