24 fevral 2013 12:37

“Minimum medalçılar sırasına düşməliyik”

2012-2013 mövsümünə istənilən kimi start verməyən "Qəbələ"nin əsas qol silahlarından Yannik Kamanan 2013-cü ilə daha fəal başlayıb. Azerisport.az xəbər verir ki, Antalya toplanışında əsl Kamananın geri dönməkdə olduğundan xəbər verən fransalı hücumçu son iki premyer liqa oyununu - "İnter" və "Xəzər-Lənkəran" qarşılaşmalarını 3 qolla tamamlayıb.
 
Təsnifat mərhələsinin sonuna bir tur qalmış, qırmızı-qaraların ilk altılğa vəsiqə qazanması baxımından həlledici rol oynayan "Qəbələ" - "Xəzər Lənkəran" matçında dubla imza atmaqla Kamanan komandasının qələbəsində böyük pay sahibi oldu. Matçdan sonra klub saytına fikirlərini bölüşən forvard qələbənin komandanın əzmkarlığı sayəsində qazanıldığını bildirib:
 
"Maraqlı və gərgin oyun keçdi. Çətin oyun olacağını bilirdik. Hər iki komanda qələbə qazanmaq üçün meydançaya çıxmışdı. Amma ilk dəqiqəqədən rəqibin qapısına yol tapdıq və nəticədə vacib 3 xal qazandıq. 2 dəfə fərqləndim. Bu mənimçün sevindirici haldır. Amma bu təkcə mənim uğurum deyil. Bu gün komanda olaraq üstün mübarizə apardıq. Qol vururamsa, bu komanda yoldaşlarımın oyunu sayəsində baş tutur". 
 
Kamanan açıqlamasında gələcək hədəflərdən də danışıb: "İlkin hədəfimiz ilk altılıqda yerimizi təmin etmək idi. Bunun öhdəsindən gəldik. Artıq əsas hədəfimiz barədə düşünürük. Cari mövsümün sonunda minimum medalçılar sırasına düşməliyik. Diqqətimizi eyni hədəfə yönəltmişik. Bu məqsədə nail olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.