25 fevral 2013 00:34

Qaldı biri

Topaz Premyer Liqasında daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, üç gün ərzində baş tutan hesabat turu ilk altılığa yüksələn daha bir xoşbəxtin müəyyənləşməsi ilə əlamətdar oldu.
 
Turun açılış matçında “Qarabağ” “Rəvan”la qarşılaşdı. Ağdam təmsilçisi bu oyuna çox yaxşı başlamasına, hətta ilk 20 dəqiqədə 2 qol vurmasına baxmayaraq, sonradan işini çətinə saldı. Belə ki, “aslanlar” buraxılan qolların əvəzini çıxa bildilər. Belə bir üstünlüyü əldən vermək qonaqları psixoloji cəhətdən daha da çətinə saldı. Hətta meydan sahiblərinin azlıqda qalması da “Qarabağ”a ciddi kömək etmədi. Amma çempionluq uğrunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri son saniyələrdə də olsa, qələbə qoluna imza atmağı bacardılar. Düzdü, “Rəvan” bu məğlubiyyətdən sonra baş hakim Elçin Məmmədovun idarəçiliyindən kəskin narazılığını dilə gətirdi. Hətta bu klub növbəti mövsümdən Premyer Liqadakı çıxışını dayandıracağını da bəyan etdi. Hər halda biz bu və digər məqamları hakimlərin insafına buraxmalıyıq. Qazanılan qələbə sayəsində “Qarabağ” liderlərlə xal fərqinin artmasına imkan vermədi.
 
Turun maraqlı görüşlərindən biri Zaqatalada baş tutdu. İlk altılığa düşmək uğrunda mübarizə aparan “Bakı” səfərdə “Simurq”la qarşılaşdı. Qonaqların qələbə qazanmaqdan başqa çıxış yolu yox idi. Amma 90 dəqiqə ərzində tərəflərdən heç bir qapılara yol tapa bilmədi. Baxmayaraq ki, “zolaqlılar” son dəqiqələrdə penalti vurmaq şansı qazanmaqla hesabı açmağa çox yaxın idilər. Buna baxmayaraq, paytaxt təmsilçisi çətin səfərdən cəmi 1 xalla dönə bildi. Bakılılar üçün bu, nə dərəcədə ciddi itki oldusa, elə Zaqatala təmsilçisinin də heç-heçəyə sevindiyini demək olmaz. Maraq üçün onu da bildirək ki, “Bakı” cari mövsümdə növbəti dəfə heç-heçə olmaqla sülh bağladığı oyunların sayını 12-yə çatdırmış oldu. Amma Bojidar Bandoviçin komandası hələ ilk altılığa düşmək şanslarını qoruyur.
 
Daha bir prinsipial görüş Qəbələdə eyni adlı komanda ilə “Xəzər Lənkəran” arasında keçirildi. Bu görüş demək olar ki, hər iki komandanın ilk altılığa düşmək şanslarına böyük ölçüdə aydınlıq gətirmiş olacaqdı. 90 dəqiqəlik gərgin mübarizənin sonunda sevinən tərəf “Qəbələ” oldu. Xüsusilə Yannik Kamananın vurduğu iki cavabsız qol bu komandanı rəsmən ilk altılığa çıxardı. Beləcə, “İnter”, “Simurq”, “Neftçi” və “Qarabağ”ın ardından “Qəbələ”nin də medallar uğrunda mübarizə aparacağına tam aydınlıq gəldi. “Xəzər Lənkəran” isə işini daha da çətinə saldı. İndi bu komanda bütün ümidlərini ilk mərhələnin sonuncu turuna bağlayıb.

İlk altılıq şansları qalan daha bir klub AZAL-dı. Bu komanda da 21-ci turda “Kəpəz”lə qarşılaşdı. Gözlənildiyi kimi, “təyyarəçilər” çempionatın aşkar autsayderi üzərində asan qələbəyə sevindi. Beləcə, ilk altılığa düşməyə üç şanslı klubdan da biri AZAL oldu. Amma Vaqif Sadıqovun komandasının bu istəyinə nə dərəcədə nail olacağını zaman göstərəcək.

Turun mərkəzi qarşılaşmasında isə lider “İnter” səfərdə əsas izləyicilərindən olan “Neftçi”nin qonağı oldu. Qarşılaşma çox prinsipial xarakter daşısa da, əslində derbiyə layiq mübarizənin şahidi olmadıq. Çünki meydan sahibləri “bankirlər”ə nisbətən daha fəal oyun sərgiləməklə layiqli bir qələbə qazandı. “İnter” isə qətiyyən özünə bənzəmədi və bunun məntiqi nəticəsi kimi zirvəni əsas rəqibinə təhvil vermək məcburiyyətində qaldı. Əslində isə bu nəticə zirvə uğrunda mübarizənin daha da qızışmasına şərait yaratdı.
 
Turun qapanış matçında da iki autsayder – “Sumqayıt”la “Turan” qarşılaşdı. Çoxları bu görüşdə meydan sahiblərinin qalib gələcəyini düşünsə də, əksi baş verdi. Cari mövsümün əsas tapıntılarından birinə çevrilən Ballo növbəti qoluna imza atmaqla tovuzlulara vacib 3 xal qazandırmış oldu. Beləcə, “Turan” nəinki “Sumqayıt”ı, hətta “Rəvan”ı da qabaqlamağı bacardı. İlk altılıq şanslarını cüzi də olsa saxlayan “Sumqayıt” isə bu ümidlərini elə 0:1 hesablı məğlubiyyətlə “basdırmış” oldu.
 
Premyer Liqa
21-ci tur
 
RƏVAN – QARABAĞ - 2:3 (1:2)
Qollar: R.Almeyda, 6 (0:1), A.Aqolli, 19 (0:2), X.M.Varea, 26 (1:2), M.Kalonas, 59 (2:2), A.Teli, 90+1 (2:3).
Vərəqələr: Miloş Adamoviç, 29 (qeyri-idman hərəkəti); 67 (düşünmədən rəqibə hücum) - Ansi Aqolli, 34 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Miloş Adamoviç, 67 (düşünmədən rəqibə hücum).
Hakimlər: Elçin Məmmədov Rahil Ramazanov Nahid Əliyev Ömər Paşayev.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
22 fevral 2013. Bakı. Bayıl Arena. 600 tamaşaçı
Rəvan: 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 4. Nodar Məmmədov, 5. Nikolay Orlovski, 8. Tural Axundov, 10. Mindauqas Kalonas (19. Hüseyn Axundov, 85), 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea (22. Tofiq Mikayılov, 67), 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç, 25. Ayaz Mehdiyev (11. Anar Hüseynov, 80).
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 9. Vüsal Qarayev, 15. Tural Cəlilov, 28. Emin Mustafayev.
Baş məşqçi: Ramil Əliyev.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 7. Namiq Yusifov (17. Vüqar Nadirov, 65), 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (55. Bədavi Hüseynov, 80), 21. Reynaldo Silva (10. Muarem Muarem, 46), 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 9. Tural İsgəndərov, 6. Hacı Əhmədov, 5. Maksim Medvedev.
Baş məşqçi: Qurban Qurbanov.
 
SİMURQ - BAKI - 0:0 (0:0)
İstifadə olunmamış penalti: Marius Pena, 90+3.
Sarı vərəqələr: Zdravko Popoviç, 15 (hakimə etiraz); Nenad Kiso, 31 (qeyri-idman hərəkəti); Tomislav Buşiç, 85 (qeyri-idman hərəkəti); Nicat Qurbanov, 86 (qeyri-idman hərəkəti); David Petrkeviç, 90+3 (qeyri-idman hərəkəti) - Edemir Rodriqes, 14 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Risto Ristoviç, 90+4 (sürüşmə fəndindən düzgün sitifadə etmədiyinə görə)
Hakimlər: Anar Salmanov Mübariz Haşımov Zeynal Zeynalov Namiq Bəkirov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
22 fevral 2013. Zaqatala. Şəhər stadionu. 2500 tamaşaçı.
Simurq: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 9. Marçin Burhard (8. Qərib İbrahimov, 87), 10. Zdravko Popoviç (12. Tomislav Buşiç, 80), 13. Aleksandr Şemonayev (k), 19. Nicat Qurbanov, 25. Mario Bojiç, 27. Bəxtiyar Soltanov (21. Murad Səttarlı, 73), 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 17. Rüstəm Məmmədov, 20. Rəşad Eyubov.
Baş məşqçi: Georgi Çixradze.
Bakı: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 27. George Popxadze, 5. Aqil Nəbiyev, 25. Şəhriyar Əliyev, 88. Cavid Hüseynov, 11. Elvin Məmmədov (k) (23. Rauf Əliyev, 78), 8. Junior Vilson, 10. Lukas Mario Horvat, 77. Aleksandar Soliç (22. Risto Ristoviç, 68), 24. Marius Pena.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 14. Elvin Əliyev, 6. İbrahim Karqbo, 99. Rəhman Hacıyev, 17. Mario Rubio.
Baş məşqçi: Bojidar Bandoviç.
 
QƏBƏLƏ - XƏZƏR LƏNKƏRAN - 2:0 (1:0)
Qollar: Y.Kamanan, 1 (1:0), Y.Kamanan, 88 (2:0)
Sarı vərəqələr: Lourival Rodriqes Assis, 30 (qeyri-idman hərəkəti); Dodo, 33 (qeyri-idman hərəkəti); Yaşar Abuzərov, 44 (qeyri-idman hərəkəti); Amit Quluzadə, 58 (qeyri-idman hərəkəti) - Gökhan Güleç, 34 (qeyri-idman hərəkəti); Lusiano Olguin, 65 (qeyri-idman hərəkəti); Adrian Skarlatake, 77 (qeyri-idman hərəkəti); Marin Orsuliç, 81 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Vanderson Skarduelli, 89 (rəqibi bilərəkdən əllə vurduğuna görə).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
23 fevral 2013. Qəbələ. Şəhər stadionu. 1700 tamaşaçı.
Qəbələ: 25. Dieqo Kosta Silva, 4. Amit Quluzadə, 8. Kristian Pulhak, 10. Dodo, 11. Yannik Kamanan (3. Vurğun Hüseynov, 90+3), 15. Omar Kalaban, 18. Aleksandr Çertoqanov (7. Yaşar Abuzərov, 27), 22. Lourival Rodriqes Assis (16. İfeanyi Emeqara, 90), 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Luka Zinko, 14. Mustafa Dabo, 90. Ceyhun Sultanov.
Baş məşqçi: Ramiz Məmmədov.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva (55. Ağabala Ramazanov, 83), 5. Elnur Allahverdiyev, 10. Elnur Abdullayev (9. Uğur Pamuk, 75), 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 24. Gökhan Güleç (35. Lusiano Olguin, 46), 27. Manuel Skarlatake, 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 30. Antonio Doblas, 6. Robert Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim.
Baş məşqçi: Karles Bakes.
 
AZAL - KƏPƏZ - 3:0 (2:0)
Qollar: Cavid Tağıyev, 26 (1:0), Orxan Səfiyaroğlu, 37 (2:0), V.İbekoyi, 81 (3:0)
Sarı vərəqələr: Şahin Kərimov, 26 (qeyri-idman hərəkəti); Cəmşid Məhərrəmov, 30 (bilərəkdən əllə oyun).
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
23 fevral 2013. Bakı. AZAL Arena. 200 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Usim Nduka, 15. Oskar Klyava, 8. Elman Taqayev (23. Tural Nərimanov, 85), 20. Branislav Arsenyeviç, 32. Vladimir Boqdanoviç (9. Elşən Məmmədov, 62), 6. Tagim Novruzov, 17. Viktor İbekoyi, 7. Cavid Tağıyev, 19. Orxan Səfiyaroğlu (28. Con Oluremi, 82), 16. Junior Nildo.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 22. Ruslan Tağızadə, 11. Zohair Benuahi, 37. Andrius Veliçka.
Baş məşqçi: Vaqif Sadıqov.
Kəpəz: 1. Ramil Kərimov, 2. Cəmşid Məhərrəmov, 6. Məhərrəm Hüseynov, 9. Alan Sotanov, 10. Zaur Əsədov (k) (29. Georgi Sepiaşvili, 88), 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 19. Rahimberdı Baltiyev (8. Elvin Həsənəliyev, 63), 25. Elgiz Kərəmli, 30. Vladislav Serebryakov (11. Fərid Quliyev, 76), 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 3. Samir Hüseynli, 7. Pərvin Paşayev, 14. Elxan Əzizov.
Baş məşqçi: Mahmud Qurbanov.
 
NEFTÇİ - İNTER - 2:0 (0:0)
Qollar: N.Kanales, 49 (1:0), V.Abramidze, 90+2-öz qapısına (2:0)
Sarı vərəqələr: Julius Vobay, 55 (qeyri-idman hərəkəti); Rəşad Sadiqov, 89 (sistematik qayda pozuntusuna görə) - İliya Kandelaki, 74 (qeyri-idman hərəkəti); Fuad Bayramov, 90+1 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
23 fevral 2013. Bakı. Bakcell stadionu (8-ci km.). 5000 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay (25. Cavid İmamverdiyev, 82), 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Conni Leoni, 2. Xose Luis Kabion, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 26. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 8. Nizami Hacıyev (6. Samir Zərgərov, 55), 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 24. Fuad Bayramov, 25. İbrahima Niasse (9. Daniel Genov, 74), 28. Baçana Sxadadze, 30. Yuri Fomenko (11. Asif Məmmədov, 31).
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 17. Robertinyo, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
SUMQAYIT - TURAN - 0:1 (0:1)
Qol: S.Ballo, 45 (0:1).
İstifadə olunmamış penalti: Ruslan Qurbanov, 56.
Sarı vərəqələr: Slavik Alxasov, 22 (qeyri-idman hərəkəti); Aftandil Hacıyev, 78 (qeyri-idman hərəkəti) - Mikayıl Rəhimov, 56 (qeyri-idman hərəkəti); Asəf Qədiri, 61 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rza Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
24 fevral 2013. Bakı. Bayıl Arena. 200 tamaşaçı.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 9. Orxan Əliyev, 11. Sabir Allahquliyev (76. Can Akgün, 59), 21. Məhəmməd Mirzəbəyov, 22. Xəyal Mustafayev, 77. Mirzağa Hüseynpur, 91. Ruslan Qurbanov (6. Taner Taktak, 72), 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Aqşin Muxtaroğlu, 13. Murad Ağayev, 17. Emin Cəfərquliyev, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Bernhard Raab.
Turan: 28. Andrey Popoviç, 26. Aleksandr Krustkeviç, 6. Mikayıl Rəhimov (21. Elşad Manafov, 90+3), 2. Dmitri Pospelov, 3. Anatoli Stukalov, 25. Antonio Rukavina, 19. Asəf Qədiri (7. Azər Məmmədov, 63), 9. Murad Ağakişiyev, 10. Ender Günlü (k), 23. İrakli Beraya (20. David Janelidze, 57), 11. Salif Ballo.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 17. Fərmayıl Əliyev, 4. Vüqar Bəybalayev, 14. Yaroslav Suxanov.
Baş məşqçi: Əfqan Talıbov.
 
1 Neftçi 21 13 2 6 44 22 +22 41
2 İnter 21 11 7 3 24 12 +12 40
3 Qarabağ 21 10 8 3 30 19 +11 38
4 Simurq 21 9 8 4 24 14 +10 35
5 Qəbələ 21 9 5 7 25 21 +4 32
6 Bakı 21 5 12 4 22 14 +8 27
7 XL 21 7 6 8 30 25 +5 27
8 AZAL 21 6 8 7 26 24 +2 26
9 Turan 21 6 5 10 22 32 –10 23
10 Rəvan 21 6 4 11 22 34 –12 22
11 Sumqayıt 21 5 6 10 18 37 –19 21
12 Kəpəz 21 2 3 16 11 44 –33 9
 
Bombardirlər:
20 - Nikolas Kanales (Neftçi)
11 - Franko Nildo (AZAL)
9 - Salif Ballo (Turan)
8 - Riçard Almeyda (Qarabağ).
7 - Zohair Benouahi (AZAL), Baçana Sxadadze (İnter), Xuan Manuel Varea (Rəvan)

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.