24 fevral 2013 14:05
“Ən zəif oyunlarımızdan birini Neftçiyə qarşı keçirdik”
Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "İnter" səfərdə "Neftçi"yə məğlub olaraq birinciliyi "ağ-qaralar"a verib. Azerisport.az xəbər veriri ki, "bankirlər"in futbolçusu İbrahime Niasse oyunla bağlı klub saytına açıqlama verib:
"Biz bu gün öz oyunumuz göstərə bilmədik. Ən zəif oyunlarımızdan birini "Neftçi"yə qarşı keçirdik. Düzdü "Neftçi" də yaxşı komandadı. Qarşıdakı turlarda qələbə qazanaraq bu məğlubiyyəti unutmağa çalışacağıq. "Neftçi"yə də uğurlar arzulayıram".
