24 fevral 2013 14:17
Əli Gökdəmir oynamadı, komandası darmadağın oldu
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmirin şərəfini qoruduğu Almaniyanın “Hannover” klubu Bundesliqada növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, “Hannover” 23-cü tur çərçivəsində “Hamburger”in qonağı olub.
Qarşılaşma 5:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Gökdəmir qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Gökdəmirin komandası hazırda 33 xalla 7-ci yerdə gedir.
