24 fevral 2013 14:36
Cihan Özkara Beşiktaşa qarşı da oynamadı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Sivasspor” klubu Super Liqada növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, sivaslılar 23-cü tur çərçivəsində “Beşiktaş”la qarşılaşıblar.
Doğma meydanda keçirilən görüş Cihanın komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1. Özkara qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Cihanın komandası hazırda 11-ci yerdə gedir.
