24 fevral 2013 14:48
Yannik Kamanan: Niyə də çempion olmayaq?
“Qəbələ”nin hücumçusu Yannik Kamanan Topaz Premyer Liqasının 21-ci turunun “Xəzər Lənkəran”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanız nəhayət ki, ilk altılığa vəsiqəni rəsmiləşdirdi. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Mövsümün əvvəlindən qarşımıza müəyyən hədəflər qoyulmuşdu. Biz artıq həmin hədəflərdən birinə çatmışıq. İndi ikinci hədəfimizi həyata keçirməyə çalışacağıq. Mövsümü uğurla bitirmək üçün avrokuboklara vəsiqəq qazanmaq lazımdı.
- “Xəzər Lənkəran”la oyun sizin üçün uğurlu alındı...
- Bu, çox vacib oyun idi. Biz bunu gözəl anlayırdıq. “İnter”ə məğlubiyyətdən sonra bizim növbəti dəfə xal itirməyə haqqımız yox idi. “Qəbələ” böyük komanda olsa da, hərdən çətinliklərimiz də olur. Son görüşdə isə səhvsiz oynaya və layiqli qələbə qazana bildik.

- Özü də bu qələni sizin dublunuz rəsmiləşdirdi...
- Bu iki qol tək mənim yox, bütövlükdə komandamın zəhmətinin bəhrəsidi. Hamımız 90 dəqiqə ərzində meydanda mübarizə apardıq ki, qol və ya qollar vuraq. Mən özüm təkbaşına buna nail ola bilməzdim. Mən sadəcə komanda yoldaşlarımın başladığı hücumları məntiqi sonluğa çatdırdım. Buna görə bütün komanda yoldaşlarıma təşəkkürümü bildirirəm.
- 19 tura cəmi 1 qol vuran Kamanan birdən-birə iki oyunda üç qol vurur...
- Görünür, qış hazırlıq prosesi mənim üçün faydalı alınıb (gülür). Mən əlimdən gələn hər şeyi edəcəm ki, “Qəbələ”yə faydam dəysin. Nə qədər çox qol vursam, bir o qədər yaxşıdı.
- “Qəbələ”dən hansı nəticəni gözləmək olar?
- Biz öncə qarşıdakı turda AZAL üzərində qələbə qazanmağa, xal ehtiyatımızı yaxşılaşdırmağa çalışmalıyıq. Bütövlükdə isə, minimum avrokuboklara vəsiqə qazanmalıyıq.
- Biz öncə qarşıdakı turda AZAL üzərində qələbə qazanmağa, xal ehtiyatımızı yaxşılaşdırmağa çalışmalıyıq. Bütövlükdə isə, minimum avrokuboklara vəsiqə qazanmalıyıq.
- Bəs maksimum?
- Niyə də çempion olmayaq? (gülümsəyir)
- Niyə də çempion olmayaq? (gülümsəyir)