25 fevral 2013 00:51
Qəbələ Qarabağla oyun öncəsi ciddi itki ilə üzləşdi
“Qəbələ” “Qarabağ”la fevralın 27-də keçirəcəyi Azərbaycan kubokunun 1/4 final oyunu ərəfəsində ciddi itki itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının “Xəzər Lənkəran”a qarşı baş tutan 21-ci turunun oyununun (2:0) 27-ci dəqiqəsində zədələnərək əvəzlənmək məcburiyyətində qalan Aleksandr Çertoqanovun Ağdam təmsilçisi ilə qarşıdakı matçı buraxacağı dəqiqləşib.
Ən azi bir həftə yaşıl meydandanlar uzaqda qalacaq millimizin oyunçusunun martın 3-də AZAL-la Premyer Liqanın 22-ci turunun görüşünü də buraxması istisna deyil.
