25 fevral 2013 02:36

“Ən pis halda çempionatı üçüncü yerdə başa vurmağı hədəfləmişik”

“Simurq”un gənc üzvü Nicat Qurbanov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, “Neftçi”dən icarə əsasında Zaqatala komandasına qatılan yarımmüdafiəçi həm “Simurq”a keçidi və qarşıdakı hədəflər, həm də cari mövsüm haqqında bir çox sualı cavablandırıb. 
 
- Artıq bir ildir ki, “Simurq”qa forma geyinirsən. Necə oldu ki, məhz bu komandanı seçdi?
- “Neftçi”nin əvəzedici heyətində oynayanda “Simurq”dan təklif gəldi. Premyer Liqada oynamaq istədiyimdən bunu qəbul etdim və qərar verdim ki, bu komandada forma geyinim. Çünki gənc bir futbolçu idim. İrəliyə doğru addım atmağın zamanı çatmışdı. “Simurq”a keçdiyimə görə də peşman deyiləm. Hesab edirəm ki, düzgün qərar vermişəm.
 
- Bu, sənin Zaqatala təmsilçisində keçirdiyin ikinci mövsümdür. Ötən ilki komanda ilə bugünkü arasında hansısa fərq hiss edirsən?
- Ötən il qış fasiləsindən sonra “Simurq”un heyətinə qoşuldum. O zaman komandanın məqsədi Premyer Liqada qalmaq idisə, bu mövsümdə hədəflərimiz çox irəliləyib. Artıq Avroliqada ölkəmizi təmsil etmək üçün mübarizə aparırıq. Qarşımıza ilk “altılıq”a düşmək, daha sonra isə medallar uğrunda oynamaq məqsədi qoymuşuq. Artıq hədəfimizin ilkini həyata keçirmişik. Bu il hər kəsə gücümüzü göstərdik.
 
- Ümumilikdə mövsümü necə dəyərləndirərdin?
- İlk olaraq qarşımıza ilk “altılıq”a düşməyi məqsəd qoymuşduq. Artıq bunu həyata keçirmişik. Yeni hədəfimiz isə Avroliqada oynamaqdır. Bunun üçün bizi qarşıda güclü rəqiblərlə çətin oyunlar gözləyir. Hesab edirəm ki, biz buna da nail ola bilərik.
 
- “Simurq”dan başqa “altılıq”da mübarizə aparacaq dörd komanda artıq məlumdur. Səncə, daha hansı kollektivlər burada oynamağa layiqdirlər?
- “Xəzər Lənkəran”, “Bakı” və AZAL-ın hələ oynayıb-oynamayacağı tam dəqiqləşməyib. Ancaq “Qəbələ” son turda qazandığı qələbə sayəsində buna nail oldu. Hesab edirəm ki, hər üç komandanın şansları var. Ancaq AZAL-ı xüsusən fərqləndirərdim. Düşünürəm ki, onlar buna daha çox layiqdir. Son turda hər şeyə aydınlıq gələcək. 
 
- Son qarşılaşma haqqında fikirlərini bilmək istəyərdim. Oyundan əvvəl yayılan söz-söhbətlər sizə psixoloji təsir etmədi?
- Əlbəttə ki, görüşdən əvvəl mətbuatda çox fikirlər səsləndirilirdi. Bir çoxunu oxumuşdum. Yazılmışdı ki, “Simurq” oyunu verəcək”, “mübarizə aparmayacaq”. Ancaq biz çıxdıq və sübut etdik ki, bütün bunlar yalandır. Əslində qalib gəlmək istəyirdik. Bunun üçün çox çalışdıq. Ancaq qismətdən qaçmaq olmaz. Qolsuz heç-heçə ilə meydandan ayrıldıq. Bu oyunda sübut etdik ki, danışılanların hamısı kimlərinsə uydurmalarıydı. “Simurq”da oynadığım dövrdə heç bir vaxt belə söhbətlər olmayıb. Ümüd edirəm ki, olmayacaq da.
 
- “Simurq” fasilədən sonra keçirdiyi üç rəsmi matçın heç birində qalib gələ bilməyib. Bu nəticəni nə ilə əlaqələndirirsən?
- Son oyunlarımız çox ciddi rəqiblərlə olub. Hamısı ilk “altılıq” uğrunda mübarizə aparan komandalar idi. “Neftçi” artıq bu işin öhdəsindən gəlməyi bacarmışdı. Çox güclü komandadır və çempionluğa ən real namizədlərdən biridir. AZAL və “Bakı” isə bizlə keçirdikləri oyunlar onlar üçün həyati önəm daşıyırdı. Ona görə də “Simurq”a qarşı tam gücləri ilə oynayırdılar. Çox gərgin qarşılaşmalar keçdi. Biz ilk “altılıq”da yerimizi tutduğumuzdan rahat idik. Onların isə son şansları idi. Bu səbəbdən mütləq xal qazanmalı idilər. Ancaq biz yalnız öz səhvlərimiz səbəbindən “Neftçi” ilə görüşdə məğlub olduq. Digərlərində isə iki xal toplaya bildik. Hesab edirəm ki, bugünkü nəticəmiz pis deyil.  
 
- “Simurq”un ilk “altılıq” şanslarını necə dəyərləndirirsən?
- Növbəti aydan “altılıq” oyunlarına star veriləcək. Rəhbərlikdə qarşımıza hədəf qoyub. Ümüd edirəm ki, biz buna nail ola bilcəyik və Avroliqada ölkəmizi təmsil edəcəyik. Bu qədər əziyyət çəkmişik. Sonda “altılıq”ın sonuncu yerində olmaq istəmirik. Ən pis halda çempionatı üçüncü yerdə başa vurmağı hədəfləyirik.
 
- Növbəti oynumuz ölkə kubokunda “Neftçi”lədir. Necə fikirləşirsən, biz 1/4 final mərhələsin adlaya biləcəksiniz?
- Hesab edirəm ki, biz artıq “Neftçi”ni daha yaxşı tanıyırıq. İki həftə bundan qabaqda onlarla qarşılaşmışdıq və öz səhvləmizdən məğlub olduq. İnşallah, onları yaxşı təhlil edib, qalib gələrik. Şanlarımız yarı-yarıyadır. Hər şey meydançada həll olunacaq. İnaniram ki, “Simurq” bu oyunda da öz sözünü deyəcək. Təəssüflər olsun ki, icarə müqaviləsinin şərtlərinə görə, mən bu oyunda komandama kömək edə bilməyəcəm. Ancaq ürəyim uşaqlarla olacaq və mərhələ adlayan biz olarıq.
 
- Yığma komandanın üzvü olan futbolçulardan birisən. Həm əsas komandaya, həm də U-21-ə dəvət alırsan. Yığmada oynamaq necə bir hissdir?
- Fikrimcə, hər bir futbolçunun əsas məqsədlərindən biri ölkəsinin yığma komandasına dəvət olunmaqdır. Çünki millinin şərəfini qorumaq həqiqətən də, qürur verici bir hissdir. Elə meydana çıxıb, dövlətivin himnini oxumaq  futbolçuya yığmada oynamağın hansı məsuliyyətin verdiyini bir daha aşılayır. İnşallah, növbəti təlim-məşqlərə və oyunlara da dəvət olunaram. Futbolçu kimi mənə olan inamı doğruldaram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.