25 fevral 2013 01:04
İnter Bakı ilə oyuna istirahət etmədən hazırlaşmağa başladı
Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə "Neftçi"lə qarşılaşan "İnter" hazırlıqları bərpa edib. Azerisport.az xəbər verir ki, komanda ötən gün saat 13:00-da "Şəfa" stadionunda bir araya gələrək bərpa məşqinə çıxıb.
Bu gün isə "İnter" Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Bakı" ilə oyuna hazırlaşmağa başlayacaq. Kaxaber Sxadadzenin yetirmələri bu matça "Şəfa" stadionunda hazırlaşacaqlar. Məşq prosesi yenə saat 13:00-da start götürəcək.
Xatırladaq ki, "Bakı"- "İnter" oyunu fevralın 27-də "Bakı"nın Təlim-Məşq Bazasının stadionunda baş tutacaq.
