25 fevral 2013 02:55
Elhad Nəziri oynamadı, Petrolul qələbə qazandı
Rumıniyanın “Petrolul” klubu ölkə çempionatında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin komandası 20-ci tur çərçivəsində “Otelul”la qarşılaşıb.
Qarşılaşma həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb. “Petrolul” 1:0 hesablı qələbəyə sevinib. Nəziri bu görüşdə iştirak etməyib.
Qeyd edək ki, “Petrolul” 20 oyundan sonra topladığı 34 xalla 5-ci pillədə yer alıb.
