25 fevral 2013 17:02
Xəzər Lənkəran Xocalı soyqırımı qurbanlarını andı
"Xəzər Lənkəran" Futbol Klubu bu gün Xocalı soyqırımı qurbanlarını yad edib. Azerisport.az xəbər verir ki, klubun futbolçulardan və administrativ işçilərindən ibarət heyəti Ana Fəryadı heykəli qarşısına əklil qoyaraq bu qanlı faciənin 21-ci ildönümündə də Xocalı şəhidlərini unutmadıqlarını ifadə ediblər.
Yerli məşqçilər legioner futbolçuları faciə haqında məlumatlandıraraq onlara həmin hadisələrin təfərrüatlarını danışdılar.
