25 fevral 2013 17:45
“Avropada belə şeylərə görə penalti vermirlər”
“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanovun azerisport.az saytına müsahibəsi
- “Qarabağ”ı qarşıda “Qəbələ” ilə çətin kubok oyunu gözləyir. Bu oyunla bağlı fikirlərinizi bilmək istərdik...
- Kubok bizim üçün çox vacibdi. Çünki burda uğur qazanmaq Premyer Liqadakından daha asandı. Bizi “Qəbələ” ilə iki çətin oyun gözləyir. “Xəzər Lənkəran”la oyunları da göstərdi ki, bizə bu komanda ilə qarşılaşmada çətin olacaq. Amma iki oyunun nəticəsinə görə, biz onları keçməliyik. Bunun üçün də ilk növbədə Qəbələdən sərfəli nəticə ilə qayıtmalıyıq.
- Rəqib düşərgədə ən çox kimdən ehtiyatlanırsız?
- “Qəbələ”də çox güclü futbolçular cəmləşib. Dodo, Mendi, Kamanan kimi futbolçulardan ehtiyatlanmağa dəyər. Səhv etməməliyik.
- “Qəbələ”də çox güclü futbolçular cəmləşib. Dodo, Mendi, Kamanan kimi futbolçulardan ehtiyatlanmağa dəyər. Səhv etməməliyik.
- “Qarabağ” “Rəvan”la oyunda parlaq futbol sərgiləməsə də, qələbə qazanmağı bacardı...
- Çətin rəqib idi. “Rəvan”la oyunlarda həmişə çətinliklə üzləşirik. Əksər vaxtlarda onlar bizdən xal alıblar. Bu oyuna yaxşı başladıq, iki qol vurduq. Amma sonra arxayınlaşdıq. Buna baxmayaraq, sonda qələbə qolunu vurmağı bacardıq. Fikrimcə, ədalətli nəticə idi.
- “Rəvan” bu oyunda “Qarabağ”ın qapısına penalti təyin olunmamasından şikayətçidi...
- Oyun vaxtı mən bunu başa düşmədim. Oyundan sonra təkrar izləyəndə isə həqiqətən də topun ələ dəymədəyini gördüm. Mənə elə gəlir ki, orda penalti yox idi. Çünki mən əlimi irəli aparmamışdım. Avropada belə şeylərə görə penalti vermirlər.
- “Qarabağ” çempionatın final mərhələsinə nə dərəcədə hazırdı?
- Hər oyuna anca qələbə üçün çıxmaq lazımdı. Çempionluğa oynayırıq. Ən azı avrokuboklara düşmək istəyirik. Çoxlu məşq etmək lazımdı ki, bu uzun marafonda ayaq üstə qala bilək.
- Hər oyuna anca qələbə üçün çıxmaq lazımdı. Çempionluğa oynayırıq. Ən azı avrokuboklara düşmək istəyirik. Çoxlu məşq etmək lazımdı ki, bu uzun marafonda ayaq üstə qala bilək.
- “Neftçi” və “İnter” arasındakı derbini izlədiniz?
- Bəli. Hər iki komandanın oyunu xoşuma gəldi. “Neftçi” rəqibindən daha yaxşı oynadı və layiqli qələbə qazandı. Amma “İnter” də zəif komanda deyil. Onlar sabit oyun sərgiləyirlər. Fikrimcə, bu iki komanda bizim əsas rəqiblərimiz olacaq.