25 fevral 2013 18:24
Elhad Nəziri: Petrolulun Avropa Liqasına vəsiqə qazanmasına kömək etmək istəyirəm
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Rumıniyanın “Petrolul” klubunun 20-ci tur çərçivəsində “Otelul”a qarşı keçirdiyi oyunda (1:0) iştirak etməməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Məsələ burasındadı ki, viza məsələləri ilə əlaqədar mən komandaya gec qoşuldum. Ona görə də mənim yeni komandamdakı debütüm növbəti turda baş tutacaq. Burda hər şey qaydasındadı. Məşqlərimə davam edirəm. Bu mövsüm komandanın qarşısına Avropa Liqasına vəsiqə qazanmaq vəzifəsi qoyulub. Çalışacağam ki, bu yolda komandama kömək edim”.