25 fevral 2013 18:39
Subaşiç 1 ay oynamayacaq
“Qarabağ” “Qəbələ” ilə oyun qabağı itkiylə üzləşib. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın qış transfer pəncərəsi zamanı sıralarına qatdığı Branimir Subaşiç zədələnərək uzun müddətə sıradan çıxıb.
30 yaşlı forvard məşq zamanı əzələsini qırıb. Subaşiçin azı 4 həftə meydana çıxmayacağı dəqiqdi.
Branimir müalicə üçün Türkiyəyə yollanacaq.
