25 fevral 2013 18:57
Rəvan istirahətsiz hazırlaşır
"Rəvan” ötən həftənin cümə günü Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində oyununu keçirdikdən dərhal sonra növbəti matç barədə düşünməyə başlayıb. Azerisport.az xəbər verir ki, komanda fevralın 27-də Azərbaycan Kubokunda 1/4 finalın ilk görüşündə üz-üzə gələcəyi "Xəzər Lənkəran”la qarşılaşmaya ciddi hazırlaşır.
"Rəvan” bü gün artıq kubok matçına hazırlıq çərçivəsində ikinci məşqini keçirib. Ənənəvi olaraq "Bayıl Arena”da toplaşan komanda mərhələ adlamaq üçün ilk oyunda sərfəli nəticəyə ümid edir. Maraqlıdı ki, çempionatda 4 dəfə üz-üzə gələn komandalar ilk dəfədi kubokda görüşəcəklər.
