25 fevral 2013 19:15
Babək Quliyev Xəzər Lənkəran azarkeşləri ilə görüş keçirəcək
"Xəzər Lənkəran" Futbol Klubunun yeni idman direktoru Babək Quliyevin martın 1-də saat 18:00-da klubun azarkeşləri ilə görüşü planlaşdırılır. Azerisport.az xəbər verir ki, görüş "Xəzər Lənkəran" stadionunun konfrans zalında baş tutacaq.
Media nümayəndələri də həmin tədbirə dəvətlidi.
Qeyd edək ki, Babək Quliyevin Bakıda yaşayan azarkeşlərlə də analoji görüş keçirməsi nəzərdə tutulub. (klub saytı)
