25 fevral 2013 12:19
Quliyev Xəzər Lənkəranın idman direktoru təyin olundu (FOTO)
“Xəzər Lənkəran” sabiq FİFA referisi Babək Quliyevlə əməkdaşlığa başlayıb. Azerisport.az xəbər verir ki, keçmiş hakim “Xəzər Lənkəran”ın idman direktoru vəzifəsinə gətirilib.
Babək Quliyev futbol həyatına 1983-cü ildə futbolçu olaraq başlayıb. 2001-ci ildən etibarən hakimlik fəaliyyətinə start verən Quliyev 2002-ci ildən peşəkar keriyerasına FİFA referisi olaraq davam edib. 2009-cu ilə qədər Azərbaycanı beynəlxalq arenalarda təmsil edən referi 2009-cu ildə hakimlikdən kənarlaşdırılıb. Bununla belə, Babək Quliyev futboldan uzaqlaşmayıb. O, hal-hazırda bir sıra media orqanlarında futbol eksperti olaraq hakimliyin səviyyəsini şərh edir.
