25 fevral 2013 12:22
Millimiz Finlandiyaya gedəcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 16-dan 25-ə qədər Finlandiyada təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, yığmamız martın 18-də Finlandiya, martın 22-də və 24-də isə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunu keçirəcək.
