26 fevral 2013 01:53
Ruslan Abışov yenə Antalyaya gedir
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov yenidən Antalyaya gedəcək. Azerisport.az xəbər verir ki, onun müqavilə bağlamağa hazırlaşdığı Rusiyanın “Rubin” klubu Türkiyədə növbəti təlim-məşq toplanışı keçirməyə hazırlaşır.
Yanvarda da Antalyada hazırlıq keçmiş kazanlıların bu dəfəki təlim-məşq toplanışı qısa sürəcək. Bu dəfə ruslar Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları İspaniyanın “Levante” klubu ilə oyuna hazırlaşacaqlar. “Rubin” elə bu səfər matçına da birbaşa Antalyadan yollanacaq.
