26 fevral 2013 02:04
Simurq Neftçi hazırlıqlarını davam etdirir
“Simurq” ötən gün növbəti məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, tam heyətlə hazırlıqları davam etdirən komanda öncə meydanın mərkəzində toplaşaraq baş məşqçi Georgi Çixradzedən tapşırıqlarını alıb.
Gürcü mütəxəssis qarşıdakı oyunun vacibliyini bir daha vurğulayaraq, hər bir kəsin oyuna köklənməsini istəyib. Bundan sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında yüngül qaçış və isinmə hərəkətlərin yerinə yetirilib. Müxtəlif fiziki gücün bərpası üçün çalışmalar edilib. Daha sonra taktiki ve texniki məşqə keçilib. Sonda isə ikitərəfli oyunla bu günlük hazırlıqda tamamlanıb.
Qapıçılar Dimitri Kramarenko, David Petrkeviç və Eyyub Əliyev qapıçı məşqçisi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı, xüsusi hazırlaşıb.
Hazırda "Neftçi" ilə oyun öncəsi "Simurq"un heyətində zədəli futbolçu yoxdur. Ayağında yüngül ağrılar hiss edən xorvatiyalı yarımmüdafiəçi Stepan Polyak da son məşqdə iştirak edib. Ancaq onun qarşılaşmaya çıxıb-çıxmayacağı hələ sual altındadı. Bu haqda qərar axırıncı məşqdən sonra veriləcək.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Simurq"-"Neftçi" oyunun saat 17:00-da start götürəcək.
