25 fevral 2013 13:46
Atleticonun seleksiyaçıları Azərbaycanda futbolçu axtarmağa gəlir
Martın 5-də İspaniyanın “Atletico” klubunun seleksiyaçıları Azərbaycana təşrif buyuracaqlar. Azerisport.az saytına müsahibəsində bunu “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov bəyan edib:
“Onlar 8 və 15 yaşlılar arasında keçirilən çempionatın oyunlarını izləyəcəklər. Bir çox oyunu izləyib, perspektivli uşaqları seçmək istəyirlər. Özü də biz belə qərara almışıq ki, İspaniyaya təkcə “Bakı”nın yox, digər klubların da perspektivli uşaqlarını göndərək. Çünki bizim məqsədimiz bütövlükdə Azərbaycanda bu sahəni inkişaf etdirməkdi. Öncə 10 uşağın seçilməsi nəzərdə tutulub. Amma saylarının çox olması da istisna deyil”.

Qeyd edək ki, “Atletico” və “Bakı” arasındakı anlaşmaya əsasən ispanların bəyənəcəyi futbolçularımız Madrid klubunun düşərgəsinə yollanacaqlar və üç ilə yaxın bu komandanın bazasında futbolun sirlərinə yiyələnəcəklər”.