25 fevral 2013 14:07
Azərbaycan Lüksemburqla səfər matçında ciddi problemlərlə üzləşə bilər
Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsinin Lüksemburqla səfər oyununda ciddi problemlərlə üzləşə bilər. Azerisport.az xəbər verir ki, buna hazırda Lüksemburqda hökm sürən pis hava şəraiti səbəb göstərilir.
Məsələ burasındadı ki, bu ölkəyə yağan qar sözügedən qarşılaşmanın keçiriləcəyi “Jozi Bartel” stadionunun qazonuna da təsirsiz ötüşmür. Çünki arenanın heç bir örtüyü yoxdu. Tezliklə Lüksemburq çempionatının oyunlarına da start veriləcək ki, belədə arenanın ot örtüyünün daha da pisləşməsi istisna olunmur. Ona görə də cırtdan ölkənin futbol funksionerləri yığma komandanın oyununa qədər qazonun pis hala düşəcəyindən və bunun keyfiyyətli oyun imkan verməyəcəyindən narahatdırlar.
Qeyd edək ki, Lüksemburq – Azərbaycan oyunun martın 22-də keçiriləcək.
