25 fevral 2013 14:43
Tuyqun Nadirov: AFFA və PFL-in Quliyev haqda nə düşünməsi bizi maraqlandırmır
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun azerisport.az saytına müsahibəsi
- Babək Quliyevin “Xəzər Lənkəran”a idman direktoru təyin olunması kifayət qədər gözlənilməz alındı...
- Klubumuzda elə işlər var ki, onları məhz idman direktoru həll etməlidi. Nəzərə alsaq ki, bizdə bu vəzifəni həyata keçirən yox idi, Quliyevin gəlişi normal sayılmalıdı. O, bu posta namizədlərdən biri idi. Klub prezidenti Mais Mənsimov da sonda məhz onun namizədliyini qəbul etdi.
- Bu vəzifəni eyni zamanda Lənkəran şəhər stadionunun da direktoru olan Höccət Hacıyev həyata keçirmirdi?
- Xeyr. Bu vəzifə bizdə boş idi.
- Xeyr. Bu vəzifə bizdə boş idi.
- Maraqlıdı, niyə məhz Quliyev?
- Babək Quliyev təmiz futbol adamıdı. Onun bu sahədə böyük təcrübəsi var. Öz işinin peşəkarıdı. Hər kəs FİFA referisi ola bilmir. Həm də onun xarakteri bu vəzifəni tutmasına şərait yaradır.
- Babək Quliyev təmiz futbol adamıdı. Onun bu sahədə böyük təcrübəsi var. Öz işinin peşəkarıdı. Hər kəs FİFA referisi ola bilmir. Həm də onun xarakteri bu vəzifəni tutmasına şərait yaradır.
- Bəs klub Quliyevin AFFA və PFL ilə münasibətlərinin qaydasında olmamasını nəzərə almayıb? Axı 2009-cu ildə o, hakimlikdən kənarlaşdırılıb...
- “Xəzər Lənkəran” sərbəst klubdu. Bizi hansısa işçimiz haqda AFFA və PFL-də nə düşündükləri maraqlandırmır. Nə də hansısa posta kimisə gətirəndə başqaları ilə məsləhətləşməyə borclu deyilik. Bizim öz siyasətimiz və inkişaf strategiyamız var.
- “Xəzər Lənkəran” ilk altılığa düşməyə bilər. Klub rəhbərliyi bu barədə nə düşünür?
- Komandanın nəticələri haqda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunları başa çatandan sonra danışacağıq. Daha dəqiq desəm, martın 7-də. Biz hələ ilk altılığa düşmək şanslarımızı itirməmişik.
- Karles Bakeslə bağlı hansı planlarınız var?
- Onu hələ qovmaq fikrimiz yoxdu. Hər şeyə klub prezidenti qərar verəcək. Dediyim kimi, hər şeyə martın 7-dən sonra qərar veriləcək.
- Onu hələ qovmaq fikrimiz yoxdu. Hər şeyə klub prezidenti qərar verəcək. Dediyim kimi, hər şeyə martın 7-dən sonra qərar veriləcək.
