25 fevral 2013 15:10
Berti Foqts: 245 mütəxəssis arasında 42-ci!
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı baş məşqçilərinin reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts sözügedən siyahıda 42-ci yeri tutur.
245 mütəxəssisin yer aldğı siyahı 1996-2012-ci illərdə məşqçilərin göstərdiyi nəticələrə əsasən hazırlanıb. Foqts reyqinq cədvəlinə əsasən Almaniya yığmasını 1996-cı ildə Avropa çempionu etdiyi üçün düşüb.
Siyahıda azərbaycanlı məşqçilərdən başqa heç kim yer almayıb.
Bütövlükdə isə reytinq cəsdvəlinə şotlandiyalı Aleks Ferqyusson başçılıq edir. Fransalı Arsen Venger ikinci, portuqaliyalı Joze Mourinyo üçüncü yerdə gedir.
