25 fevral 2013 15:27
Kəpəz buraxıldı
AZAL-la oyundan sonra "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov futbolçulara 2 gün istirahət verib. Azerisport.az xəbər verir ki, bundan öncəki turda "Rəvan"a qarşı matçın ardından komanda üzvlərinə dincəlmək imkanı verməyən çalışdırıcı bunun əvəzində bu dəfə istirahət günlərinin sayını artırıb.
Komanda fevralın 26-da məşqləri bərpa edəcək. Sabaha təyin olunan hazırlıq prosesi saat 16:00-da baş tutacaq. Məşq "Dalğa Arena"da keçiriləcək.
Qeyd edək ki, istirahət günlərindən istifadə edən "Kəpəz"in gəncəli futbolçuları doğma şəhərə ailə üzvlərinə baş çəkməyə gəliblər.
