25 fevral 2013 15:35
Qarabağ sabah Qəbələyə yola düşəcək
Azərbaycan kubokunun 1/4 finalında “Qəbələ”ylə qarşılaşacaq “Qarabağ” “Rəvan”la oyun sonrası dərhal hazırlıqlara başlayıb. Azerisport.az xəbər verir ki, 18 gün sonra yenidən Qəbələyə səfər edəcək komanda bu gün 15:00-da Suraxanı qəsəbə stadionunda sonuncu məşqini edəcək.
Sabah səhər isə ağdamlılar adıçəkilən rayona yollanacaqlar. Xatırladaq ki, ötən mövsüm də tərəflər ölkə kubokunun eyni mərhələsində qarşılaşmışdı. Qəbələdə 2:2 hesabı qeydə alınmış, cavab oyununda hesab açılmadığına görə “Qarabağ” yarımfinala adlamışdı.
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” matçı fevralın 27-də, saat 15:00-da keçiriləcək.
