25 fevral 2013 16:05

“Əgər vuracağım qol Xəzər Lənkəran üzərində qələbə gətirəcəksə, yenə fərqlənmək istəyirəm”

“Rəvan”ın yarımmüdafiəçisi Mindauqas Kalonas azerisport.az saytına müsahibəsində “Qarabağ”la oyundan (2:3) danışıb, qısa müddət ərzində vurduğu üç qol, eləcə də qarşıdakı “Xəzər Lənkəran”la kubok oyunu barədə fikirlərini açıqlayıb.
 
- Uduzduğunuz oyun haqda nə deyə bilərsiz?
- Maraqlı oyun alındı. Beş qol vuruldu. Təəssüf ki, biz qələbə qazana bilmədik. Halbuki, biz daha artığına layiq idik.
 
- Bu məğlubiyyət “Rəvan”ın ilk altılığa düşmək şanslarının üstündən tam xətt çəkdi..
- Belə də olur. Deməli, hələ əsas mübarizəyə qoşulmaq vaxtı deyil.
 
- Məğlubiyyətə rəğmən, siz üçüncü qolunuzu vurmağa nail oldunuz. Özü də bu qolunuz əvvəlkilərdən də baxımlı alındı...
- Belə alındı (gülür). Əgər belə davam edirəmsə, deməli, artım var. Nə qədər yaxşı çıxış edirəmsə, bir o qədər yaxşı qollar alınır.
 
- Qarşınıza hər oyunda bir qol vurmağı hədəf qoymusuz?
- Mən qarşıma belə bir hədəf qoymamışam. Amma əgər belə davam etsəm, komandama fayda versəm, bunun nəyi pisdi?

 
- Bu oyundakı mübahisəli epizodla bağlı nə deyə bilərsiz?
- Hakimliyi müzakirə etmək istəməzdim. Amma hakim “Qarabağ”ın qapısına penalti təyin etməliydi. Adamoviçi də əbəs yerə meydandan qovdu. Əgər sona qədər bərabər heyətlə mübarizə aparsaydıq, hər şey fərqli də ola bilərdi. Onun bu qərarları nəticəyə böyük təsir etdi.
 
- Komandanız bu oyundan sonra Premyer Liqadakı çıxışını başa vurmaq haqda düşünsə də, qərarını gələn mövsümə saxladı...
- Sonda necə olacağını bilmirəm. Amma bütün bunlar təbii ki, mənfi amildi. Rəhbərliyi də başa düşmək olar.
 
- Əgər klub çıxışını başa vursa, sizə yeni klub axtarmaq lazım gələcək...
- Düzünü desəm, bu haqda düşünmürəm. İndidən bu haqda danışmaq da tezdi. Əgər burdakı çıxışım yaxşı alınsa, özümə yeni klub tapmaqda da problemlə üzləşmərəm. Hazırda məni daha çox “Rəvan”ın durumu maraqlandırır. Çünki hələ mövsümü yaxşı tamamlaya bilərik.
 
- Yeganə yolunuz Azərbaycan Kubokundakı uğurlu çıxışdan keçir...
- Bizi “Xəzər Lənkəran”la çətin oyun gözləyir. Oyun doğma meydanda olacaq. Bu rəqibi məğlub etməliyik.
 
- Yenə fərqlənə biləcəksiz?
- (gülür) Əgər vuracağım qol komandama qələbə gətirəcəksə, bəli.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.