25 fevral 2013 16:23

Bakının tarixində yeni rekord

Topaz Premyer Liqasının XXI turunda “Simurq”la qolsuz heç-heçə edən “Bakı” mövsümdə 12-ci bərabərliyini aldı. Azerisport.az xəbər verir ki, bu, klubun tarixində rekord göstəricidi.
 
“Bakı” adı ilə 8, buna qədər isə 7 mövsüm ölkə çempionatının güclülər dəstəsində çıxış edən paytaxt təmsilçisi heç vaxt bu qədər “sülhsevər” olmayıb.

2007/08 və 2009/10 mövsümlərinin hərəsində 11, 2004/05 ilə 2010/11 mövsümlərində isə 10 dəfəheç-heçə edən komanda mövsüm başa çatmamış rekord göstəricini rəsmiləşdirib. Artıq 12 bərabərliyi olan “Bakı” cari çempionatda daha 11 qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində 6-cı dəfədir ki, bir komanda ən azı 12 heç-heçə edir. “Bakı”ya qədər “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Qəbələ” və“Xəzər Lənkəran” bir mövsümdə 12 və ya daha çox heç-heçə edib.

Mütləq rekord isə 2009/10 mövsümündə “Neftçi” tərəfindən müəyyənləşdirilib – 14 heç-heçə.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.