26 fevral 2013 17:16
“Neftçinin hücumçularına sərbəst hərəkət etmək imkanı verməməliyik”
“Simurq”un baş məşqçisi Georgi Çixradzenin azerisport.az saytına müsahibəsi
- “Neftçi” ilə oyuna hazırlıqlar necə gedir?
- Hər şey normaldı. Hazırlaşırıq. Bilirik ki, bizi heç də asan olmayan bir oyun gözləyir. Bəzi futbolçularımızda kiçik zədələr var. Amma ümid edirəm ki, oyun qədər hamısı qaydasında olacaq.
- Bir neçə tur öncə siz bu komandaya evdə 0:2 hesabıyla məğlub olmuşdunuz...
- Həmin oyun artıq keçmişdə qalıb. “Neftçi” yaxşı komandadı. Heyətində əla ifaçılar var. Amma biz bu dəfəki qarşılaşmada qələbə qazanmaq istəyirik.
- Son dövrlər komandanız qələbə qazana bilmir. Bu, kubok oyununda da öz təsirini göstərə bilər?
- Bu ilin əvvəli bizim üçün çətin alındı. Bütün oyunlar vacib idi. Amma tək bizim yox, rəqiblərimiz üçün də eyni dərəcədə vacib görüşlərdi. Bəziləri üçün hətta həlledici xarakter daşıyırdı.

- “Neftçi” hazırda ən çox qol vuran komandalardan biridi. Nikolas Kanalesin başçılıq etdiyi rəqibin hücum xəttini necə zərərsizləşdirməyi düşünürsüz?
- “Neftçi”nin həqiqətən də böyük hücum potensialı var. Amma biz onların meydanda sərbəst hərəkət etməsinə imkan verməməliyik. Bütün futbolçularımız kimin necə oynadığını bilir. Futbol səhvlər üzərində qurulmuş oyundu və rəqib komandada belə səhvləri bağışlamayan futbolçular çoxdu. Ona görə də, səhvsiz oynamağa çalışmalıyıq.

- Heç-heçə sizi qane edəcək?
- Təbii ki, cavab oyununda bizi növbəti mərhələyə çıxaracaq nəticə öncəsi ilk qarşılaşmadakı sərfəli heç-heçə də pis olmazdı.

- “Simurq”un hər iki cəbhədə mübarizə aparacaq gücü var?
- Hər iki turnirdə sonadək mübarizəni davam etdirmək arzusu həm rəhbərlikdə, həm futbolçularda, həm də məşqçilər korpusunda güclüdü. Təbii ki, hər oyuna xüsusi köklənirik. Nəticəni zaman göstərəcək.

- Seçim qarşısında qalsaz, hansı turniri qurban vermək istərdiniz?
- Məncə həm kubokda, həm də çempionatda yaxşı oynamaq lazımdı. Sadəcə, onu deyə bilərəm ki, hazırda tam olaraq “Neftçi” ilə kubok oyununa köklənmişik.